featured-image-10939

Türkiyənin milli müdafiə naziri Hulusi Akar finlandiyalı həmkarı Antti Kaikkonen ilə görüşəcək.

Görüşdə ikitərəfli müdafiə və təhlükəsizlik məsələləri ilə yanaşı, Finlandiyanın NATO-ya üzvlük prosesinin müzakirə edilməsi də gözlənilir.

Akar Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı dəyərləndirmələrində Türkiyənin NATO-nun açıq qapı siyasəti ilə bağlı problemi olmadığını, ancaq Türkiyənin həssaslığına hörmət edilməsinin lazım olduğunu bildirib.

NATO-nun təhlükəsizlik təşkilatı olduğunu qeyd edən Akar bildirib:

“Terror NATO-nun ən böyük mübarizə sahələrindən biridir. Terrorizm hazırda bütün ölkələr üçün ciddi problemdir. Türkiyə birdən çox terror təşkilatı ilə mübarizə aparan yeganə ölkədir. Bunu görmək və bu mövzuda gördüyümüz işlərlə bağlı məlumatlılığı artırmaq lazımdır”.

Akar iyun ayında Madrid Zirvəsi zamanı İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı üçtərəfli memorandumu da xatırladıb:

“Memorandum aydındır. İsveç və Finlandiya tərəfindən imzalanmış öhdəliklər var. Biz bildiririk ki, bunlar yerinə yetirilməlidir. Biz bu memorandumun son deyil, başlanğıc olduğuna diqqət çəkirik. Bunlar həyata keçirildikdən sonra Türkiyə parlamenti qərar verəcək. Biz də çalışırıq ki, İsveç və Finlandiyaya kömək edək. Eyni zamanda, İsveç və Finlandiyadakı vəziyyəti yaxından izləyirik. Təəssüf ki, hələ də bu ölkələrdə bəzi təxribat xarakterli hərəkətlərin və görüntülərin davam etdiyini görürük. Həm İsveç, həm də Finlandiyanın konkret addımlar atacaqlarını gözləyirik”.

Mənbə: TRT Haber

Bənzər xəbərlər