featured-image-10207

“Azərbaycanla Ermənistan arasında nəticəyönümlü danışıqlar vacibdir”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar noyabrın 26-da Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

T.Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib.

Xüsusi nümayəndə normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticəyönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.

Bənzər xəbərlər