featured-image-9594

Bu həftə sonu Ağ Evdə toy olub.

Prezident Co Baydenin böyük nəvəsi Naomi Bayden şənbə günü hüquqşünas Piter Nil ilə evlənib.

Mətbuata mərasimi işıqlandırmaq icazəsi verilməyib.

Bu, 2013-cü ildən bəri Ağ Evdə keçirilən ilk toy olub.

Qeyd edək ki, cütlük illər əvvəl dostları vasitəsilə tanış olublar. Piter Naomiyə 2021-ci ilin sentyabrında Vayominq ştatının Cekson Hole şəhərindəki uşaq evinin yaxınlığında evlənmə təklifi edib.

Beləliklə, Bayden və Nil Ağ Evdə nikah bağlayan digər 18 cütlüyə qoşulublar.

Mənbə: rg.ru

Bənzər xəbərlər