featured-image-7701

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

“Boyuksherg” Oxu.Az-a istinadən  xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

– Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

– Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

– Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunub:

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov

Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova

Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev

– Lisenziyalaşdırma qaydalarında (Buraxılış – 2022) müvafiq dəyişikliklər təsdiq olunub.

– Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb.

– Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunub:

Sədr

Xalid Cavadov – AFFA nümayəndəsi

Üzvlər:

Xanım Məmmədova – AFFA nümayəndəsi

Tariyel Şirəliyev – SOCAR nümayəndəsi

Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi

Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi

Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru.

Bənzər xəbərlər