featured-image-5096

Çinlə gərginliyin yüksək olduğu bir vaxtda ABŞ hökuməti Pekinlə suverenlik münaqişəsində olan Tayvanla yeni ticarət təşəbbüsü çərçivəsində rəsmi danışıqlara başlayacağını açıqlayıb.

Birləşmiş Ştatlar və Tayvan “21-ci Əsr Ticarəti üzrə ABŞ-Tayvan Təşəbbüsü” çərçivəsində danışıqlara dair razılığa gəliblər.

Danışıqların birinci raundunun bu ilin payızının əvvəlində baş tutacağı gözlənilir.

“Biz yüksək standartlı öhdəliklər və mənalı nəticələr əldə etmək üçün 21-ci əsrin daha ədalətli, daha firavan və dayanıqlı iqtisadiyyatının qurulmasına kömək edəcək danışıqlarda 11 ticarət sahəsini əhatə edən iddialı bir proqram həyata keçirməyi planlaşdırırıq”, – deyə ABŞ Ticarət Nümayəndəsinin müavini Sara Biançi açıqlamasında bildirib.

İyunun 1-də ABŞ və Tayvan iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün yeni təşəbbüs irəli sürüb və bu çərçivədə danışıqlar üçün yol xəritəsi hazırlamaq niyyətlərini açıqlayıblar.

Mənbə: Reuters

Bənzər xəbərlər