featured-image-10407

ABŞ və Rusiya hərbçiləri Ukraynadakı müharibə zamanı yalnız bir dəfə xüsusi rabitə xəttindən (“dekonfliktinq” xətti) istifadə edərək təmas qurublar.

Mənbə iddia edir ki, Vaşinqton Ukraynada kritik infrastrukturun yaxınlığında Rusiyanın hərbi fəaliyyəti ilə bağlı narahatlığını bildirmək üçün Rusiya tərəfi ilə “dekonfliktinq” xətti vasitəsi ilə əlaqə yaradıb.

Qeyd edək ki, sözügedən xüsusi rabitə xətti ABŞ Müdafiə Nazirliyinin Avropa Komandanlığı ilə Rusiya Milli Müdafiə Komandanlığı Mərkəzini birləşdirmək məqsədi ilə yaradılıb.

Mənbə: Reuters

Bənzər xəbərlər