featured-image-7785

ABŞ və Cənubi Koreya ordusu Yapon dənizi istiqamətində dörd “yer-yer” tipli raket buraxıb.

Bu, Şimali Koreyanın oktyabrın 4-də “Hvason-12” qitələrarası ballistik raketini atmasından sonra baş verib.

Bu barədə Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Məlumata görə, raketlər Yapon dənizi istiqamətində atılıb. ABŞ və Cənubi Koreya hərəsi iki ədəd ATACMS (Ordu Taktik Raket Sistemi) idarəolunan taktiki ballistik raketi buraxıb.

Mənbə: TASS

Bənzər xəbərlər