featured-image-6661

ABŞ, eləcə də Avropa ölkələri “Taliban”ı Əfqanıstan vətəndaşlarını terror qruplarından qorumağa çağırıb.

Bu barədə ABŞ, Fransa, Almaniya, İtaliya, Norveç və Böyük Britaniyanın xüsusi nümayəndələrinin sonuncu görüşün yekunları üzrə qəbul etdikləri birgə bəyanatda qeyd edilir.

İştirakçılar, həmçinin bir sıra əhali qrupunun, məsələn, qadınların, etnik və dini azlıqların hüquqlarının məhdudlaşdırılmasının davam etdiyini vurğulayıblar.

Nümayəndələr qızların orta və yuxarı siniflərdə davamiyyətinə qoyulan qadağanın dərhal aradan qaldırılmasına çağırıblar.

Sentyabrın 22-də Əfqanıstanın paytaxtında partlayış baş verib.

Sentyabrın 5-də terrorçu diplomatik departamentin binası yaxınlığında özünü partladıb, nəticədə 15-20 nəfər yaralanıb, azı 10 nəfər ölüb.

Mənbə: TASS

Bənzər xəbərlər