featured-image-9297

ABŞ Prezidenti Co Bayden ABŞ qoşunlarını Ukraynaya göndərə bilər.

Bu barədə “Judging Freedom” “YouTube” kanalına müsahibəsində Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

“Hesab edirəm hazırda ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi üçün aktiv hazırlıq gedir”, – deyə o qeyd edib .

Polkovnikin sözlərinə görə, bu, düşünülməmiş və təhlükəli qərardır. “Lakin hər şey buna doğru gedir”, – deyə o vurğulayıb.

Duqlas Makqreqor həmçinin hesab edir ki, Amerika lideri Konqresin razılığı olmadan ABŞ qoşunlarını Ukraynaya göndərmək barədə qərar verə bilər, çünki qanunvericilik sistemində bunun üçün hüquqi əsaslar var.

“Etiraf etmək lazımdır ki, Franklin Ruzveltin dövründən biz prezident idarəetmə forması olan ölkədə yaşayırıq”, – deyə o qeyd edib.

Polkovnik əlavə edib ki, bu, ABŞ-ın faciələrindən biridir.

Mənbə: Gazeta.ru

Bənzər xəbərlər