featured-image-6094

İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib.

Bu fikri cümə günü ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman deyib.

“Biz çıxılmaz vəziyyətdəyik. Danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu bizim üçün qəbuledilməzdir”, – Amerikanın xarici siyasət idarəsi rəhbərinin müavini “The Washington Post”a onlayn müsahibəsində bildirib.

Eyni zamanda, Şerman ABŞ-ın təslim olmaq niyyətində olmadığını, İranla Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıdış axtarışlarını davam etdirəcəyini vurğulayıb.

Həmçinin, Vaşinqton hadisələrin gələcək inkişafın istənilən variantına hazırlaşacağı barədə də xəbərdarlıq edib.

Bənzər xəbərlər