featured-image-5067

ABŞ ordusu “Minuteman III” qitələrarası ballistik raketinin sınaq atışını həyata keçirib.

Bu barədə çərşənbə axşamı ABŞ Hərbi Hava Qüvvələrinin bölməsi məlumat verib.

raket Kaliforniyanın Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb. O, sınaq döyüş başlığı ilə təchiz edilib.

Qeyd olunub ki, sınaq ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək, həmçinin bu  qüvvələrin effektivliyini sübut etmək məqsədilə baş tutub.

Xatırladaq ki, sınaq bir müddət öncə Tayvanla bağlı gərginlik fonunda təxirə salınmışdı.

Mənbə: TASS

Bənzər xəbərlər