featured-image-6646

ABŞ ötən həftə saxlanıldıqdan sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya tətbiq edib.

Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilib.

“Əxlaq polisi hicabı düzgün geyinmədiyi iddiası ilə saxlanılan və həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümünə görə məsuliyyət daşıyır”, – deyə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Polisin rəhbər və digər vəzifəli şəxslərinə qarşı da sanksiya tətbiq olunub.

Bununla yanaşı, ABŞ İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə də sanksiya tətbiq edib. Ondan başqa daha beş şəxs sanksiyalara məruz qalıb.

Mənbə: TASS

Bənzər xəbərlər