featured-image-8611

Ağ Ev öz saytında Bayden-Harris administrasiyasının yeni milli təhlükəsizlik strategiyasını dərc edib.

Sənəddə ABŞ Çinə “ən ciddi geosiyasi çağırış”, Rusiya Federasiyasına isə “Avropanın təhlükəsizliyinə təcili təhdid” statusu verib.

Strategiya Çinlə “dinc yanaşı yaşama” imkanını qəbul edir, bu ölkənin dünya iqtisadiyyatına və qlobal problemlərin həllinə həlledici töhfəsini tanıyır.

Həmçinin, yeni strategiyada ABŞ-ın Tayvan boğazında sülhün qorunmasında maraqlı olduğu və vahid Çin siyasətinə sadiqliyi bildirilir.

Vaşinqton həmçinin qarşılıqlı faydalı sahələrdə Moskva ilə “praqmatik qarşılıqlı əlaqə yollarını dəstəkləmək və inkişaf etdirmək” qərarını açıqlayıb.

Eyni zamanda, mətndə deyilir ki, Rusiya Federasiyasının Arktikadakı davranışı konflikt riskləri daşıyır və bu səbəbdən ABŞ regiondakı müttəfiqləri ilə tərəfdaşlığı gücləndirmək niyyətindədir.

Sənəddə qeyd edilir ki, Birləşmiş Ştatlar münaqişələrə və ya yeni soyuq müharibəyə, eləcə də ölkələr arasında rəqabətin genişlənməsinə can atmır.

Bundan əlavə, Vaşinqtonun nüvə müharibəsinin başlaması risklərini azaltmaq, digər dövlətlərin nüvə silahından istifadəsinin qarşısını almaq, nüvə silahlarını modernləşdirmək və müttəfiqlər qarşısında öhdəliklərini gücləndirmək istəyi bəyan edilir.

Vurğulanır ki, Amerika tərəfi strateji sabitliyin qorunmasında və Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini əvəz edəcək silahlara nəzarət üzrə şəffaf mexanizmlərinin yaradılmasında maraqlıdır.

Bənzər xəbərlər