featured-image-4592

İyulun 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası Sanksiyalara Dəyişiklik Aktını təsdiqləyib. Bu, Hindistana Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasına görə sanksiyalardan yayınmağa imkan verəcək.

Bu barədə Hindistanın “Press Trast of India” (PTI) agentliyi məlumat yayıb.

“Düzəliş Hindistan əsilli demokrat Ro Xanna tərəfindən təqdim edilib. Sənəd Ağ Ev administrasiyasını Çinin eskalasiyası fonunda Hindistanı sanksiyalardan azad etməyə çağırır”, – PTI-nin məlumatında deyilir.

Qeyd edək ki, Nümayəndələr Palatası ötən gün Türkiyənin F-16 qırıcılarını almasını əngəlləyən dəyişikliyi qəbul edib.

Bənzər xəbərlər