featured-image-7684

İsveç Kral Elmlər Akademiyasının Fizika üzrə Nobel Komitəsi 2022-ci ildə bu sahədə “Nobel” mükafatını kimin qazandığını açıqlayıb. Bunlar fransız fiziki Alen Aspe, kvant mexanikası mütəxəssisi amerikalı Con Klauzer və avstriyalı Anton Zeylingerdir.

“Boyuksherg” xəbər verir ki, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

Onlar mükafatlarını “Bellin bərabərsizliklərinin pozulması prinsipini müəyyən edən dolaşıq fotonlarla təcrübələrə və kvant informasiya elmi sahəsində kəşflərə görə” alıblar.

Xatırladaq ki, dünən Nobel mükafatının təqdimat mərasimi başlayıb. İlk qalib “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo olub.

Bənzər xəbərlər